İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya getdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər edib.

Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.


***16:42
Fevralın 22-də Vladimir Putin Rusiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır:
“Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrasına, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair tədbirlərə baxılması planlaşdırılır.
Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top