Azərbaycanlı deputatların İrəvana səfəri ermənilərin etirazına səbəb oldu - VİDEO


İrəvan ətrafında azərbaycanlı deputatların gəlişinə etiraz olaraq aksiya keçirilib.
Yeniavaz.com
“sputnik armenia”ya istinadla xəbər verir ki, aksiyanın iştirakçıları könüllülər, müharibə iştirakçılarıdır.
Etirazçılar ümumilikdə İrəvan-İstanbul aviareysinin bərpasına və Türkiyə ilə əlaqələrin qurulmasına da qarşı olduqlarını bildiriblər.
Ermənistan polisi müdaxilə edərək yolu zorla təmizləməyə çalışıb, sonra qarşıdurma yaranıb.
Bir neçə uğursuz cəhddən sonra polis nəqliyyatın hərəkətini bərpa edə bilib. Lakin etirazçılar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə daha böyük və daha ciddi aksiyalar vəd ediblər.
Xatırladaq ki, Ermənistanın Avronestdəki nümayəndə heyətinin rəhbəri, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Mariya Karapetyan azərbaycanlı deputatların Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün artıq Yerevanda olduqlarını bildirmişdi.
Daha əvvəl isə Azərbaycan Respublikasının Milli Məclisi məlumat yayaraq Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana gedəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top