Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılması təsdiqləndi - YENİLƏNİB


Baş Prokurorluq Müdafiə Nazirliyinin yüksək vəzifəli hərbçisinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. 
Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
Qeyd edilib ki, M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

***12:42
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdakı mənbədən “qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

DİGƏR XƏBƏRLƏR

Top