Kiyevin mərkəzində “Xocalıya ədalət!” şüarları - FOTOLAR


“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində  Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü ilə Kiyevin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən reklam lövhələri quraşdırılıb.  
Yeniavaz.com
xəbər verir ki, reklam lövhələrinin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.
"İnanırıq ki, bu hadisələrin hüquqi tanınması prosesi davam edəcək və Ukrayna parlamentariləri də Xocalı faciəsini Azərbaycan xalqının soyqırımı aktı kimi tanıyacaqlar" - deyə, Radadan bildiriblər.


DİGƏR XƏBƏRLƏR

Top