Bakıda ana və iki övladını uşaqların atası öldürüb? - VİDEO + YENİLƏNİB


Bakının Nizami rayonu ərazisində, "8-ci kilometr" qəsəbəsindəki R.Rüstəmov küçəsində kirayə mənzildə yaşayan Sabirabad rayon sakinləri Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı qətlə yetirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, ilkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir. Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.
Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalar aparılır.

 

***17:46
Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Yeniavaz.com
 xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirildiyi bildirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


DİGƏR XƏBƏRLƏR

Top