Donbasda atışma: Ukraynalı hərbçilər həlak oldu


Donbasda iki ukraynalı hərbçi həlak olub, dördü yaralanıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Atəş nəticəsində iki ukraynalı hərbçi qəlpə yaraları alıb və dünyalarını dəyişib. Dörd hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə məlumatda bildirilib.
Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Ukrayna hərbçiləri Donbasdakı vəziyyəti izləyir və potensial təhlükələrə adekvat cavab verirlər.

 

DİGƏR XƏBƏRLƏR

Top