Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Honda" markalı minik avtomobili sərt döngədə idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.