Son sutkada ölkədə 36 mindən çox koronavirus vaksini vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 555, üç və daha çox doza vaksinlərin sayı 30 174, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 102-dir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 756 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 283 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 773 574, üç və daha çox doza vaksinlərin sayı 2 508 085, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 192 004 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top