Baş Prokurorluq Şəkidə törədilən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, rayonun Baş Küngüt kənd sakinləri - 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayev dağlıq-meşəlik ərazidə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq tədbirləri davam etdirilir.