Zərdabda yanğında ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB


Zərdabda evdə baş verən yanğında xəsarət alan daha bir azyaşlı ölüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, ciddi yanıq xəsarətləri alaraq Bakıya gətirilən 6 yaşlı Əhmədli Gülməmmədin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, rayonun Çallı kəndində birmərtəbəli yaşayış evində baş verən yanğın zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alan ailənin digər övladı 6 yaşlı Gülməmməd Əhmədli və nənəsi Gülayə Əhmədova Bakıya gətirilərək 5 saylı Klinik Tibbi Mərkəzin yanıq şöbəsinə yerləşdiriliblər.


***15:42
Ötən gecə Zərdabın Çallı kəndindəki yanğın zamanı ölən və yaralanan azyaşlıların fotoları yayılıb.

3-cü sinif şagirdi Əhmədli Gülayə Pərvin qızı və anası Əhmədova Pərvanə hadisə zamanı həlak olub.

Gülayənin qardaşı, 1-ci sinif şagirdi Əhmədli Gülməmməd və nənəsi isə ağır yanıq xəsarəti ilə Bakı şəhərinə aparılaraq xəstəxanaya yerləşdiriliblər.


9:12

Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top