Rəmiş Cəfərova bu qədər həbs cəzası verildi


Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə qərar bu gün Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top