Vilayət Eyvazov polis kapitanına yeni vəzifə verdi


Daxili işlər orqanlarında kadr təyinatı olub. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Fəzail Fərzəlibəyli Ucar Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat Bölməsinə rəis təyin edilib. 

Qeyd edək ki, o, bu təyinata qədər Ucar RPŞ-nin baş təhqiqatçısı kimi çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top