Mehdiyevin səlahiyyətləri ona verilir? - Sabah AMEA-da iclasdır


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.
Bu barədə Yeniavaz.com-a AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.
A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.
Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.
AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev APA-ya bildirib ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top