Minaya düşənlərlə bağlı rəsmi açıqlama - YENİLƏNİB


18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Yeniavaz.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

*** 15:18
Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Səfərov Alışan Şərif oğlu və 1965-ci il təvəllüdlü Səfərov Faiq İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top