Nərimanov rayonunun yeni icra başçısı kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Elgin Şirin oğlu Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, Elgin Şirin oğlu Həbibullayev 1977-ci ildə Şəki rayonunda anadan olub. 
Elgin Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə - 2003-2011-ci illərdə başçının köməkçisi olub.
Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, daha sonra isə müavin təyin edib.
Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin olunduqdan sonra Elgin Həbibullayev Aparatın rəhbəri təyin olub.
Məlumat üçün onu da bildirək ki, Elgin Həbibullayevin 1978-ci il təvəllüdlü qardaşı Elmir Həbibullayev hazırda Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müavinidir. Elmir Həbibullayevin maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin kürəkəni olduğu qeyd olunur.
Elgin Həbibullayevin 1950-ci il təvəllüdlü atası Şirin Həbibullayev isə uzun illər Şəkidə müxtəlif vəzifələrdə çalışıb. Şirin Həbibullayev 2015-ci ildən Şəki Bələdiyyəsi sədrinin müavini olub.

DİGƏR XƏBƏRLƏR

Top