
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxın “Birincilər hovuzu” Telegram kanalı məlumat yayıb.
Belarus prezidentinin mətbuat xidməti cümə günü dövlət başçılarının Moskvada görüşəcəyini bildirib.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, regionda təhlükəsizliyin təmin edilməsi və iki ölkənin milli maraqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətlərin, beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz