
İon dənizinin Yunanıstan sahillərində göyərtəsində 237 sərnişin və 51 ekipaj üzvünün olduğu İtaliyaya məxsus kruiz gəmisində yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AFP” liman rəhbərliyinə istinadən məlumat yayıb.
“Euroferry Olympia” gəmisi Yunanıstanın İqoumenitsa və İtaliyanın Brindisi şəhərləri arasında hərəkətdə olub. Hadisə Yunanıstanın Korfu adası yaxınlığında baş verib.
Afina xəbər agentliyi “AMNA”nın yaydığı məlumata əsasən, bütün sərnişinlər və ekipaj üzvləri səhər tezdən gəmidən təxliyə edilib.
Kapitan bildirib ki, bütün sərnişinlər sağdır, onları limanın gəmiləri və İtaliyanın sahil mühafizəsi aparır.
“Proto Theme” məlumat yayıb ki, yanğın nəzarətdən çıxıb. İlkin məlumatlara görə yanğın üçüncü göyərtədən başlayıb, səbəbi məlum deyil.
Yanğının görüntülərini təqdim edirik.
Tətbiqimizi yükləyə bilərsiniz