Saxlanılan sürücünün atası: "Mülki formada 15 nəfər həyətimizə tullandı..." - VİDEO


Bu gün yolu bağlayıb, etiraz etdiklərinə görə saxlanılan TIR sürücüsünün atası danışıb.
Yeniavaz.com
xəbər verir ki, Meydan tv-yə danışan Zəkiran Cəfərov oğlunun mülki formada həyətlərinə zorla daxil olan şəxslər tərəfindən aparıldığını bildirib:
“Bu gün saat bir radələrində mülki formada 15 nəfər həyətimə tullandılar. Oğlumun əynindəki maykanı, köynəyi cırıb dağıtdılar. Heç bir sənəd təqdim etmədilər. Oğlumu zorla maşına oturdub apardılar. Evin hər tərəfi kamera olduğundan, kameranın yaddaşlarını silmək üçün əl izlərini qoymamaq üçün qayıtdılar. Evdə uşaqlar telefonla çəkmişdilər, qadınlara necə zorakılıq göstərirlər”.
Xatırladaq ki, bu gün Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top