Son sutkada ölkədə nə qədər insana koronavirus vaksini vuulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2190, üç və daha çox doza vaksinlərin sayı 43 231, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2976-dır. Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 679 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 277 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 770 489, üç və daha çox doza vaksinlərin sayı 2 443 823, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 187 484 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top