Kürdəmirdə avtomobillə su kanalına düşən sürücünün cəsədi tapıldı - YENİLƏNİB


Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***18:14

Kürdəmirdə avtomobil su kanalına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində bir nəfərin olduğu ehtimal edilən “Toyota” markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top