Dövlət Xidmətinin rəsmisi rüşvət iddiasına cavab verdi - VİDEO


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Sübhan Əbilov logistika şirkətinin rüşvət iddiasına cavab verib. 

Yeniavaz.com xəbər verir ki, Baku TV-yə danışan S.Əbilov bildirib ki, iddia əsassızdır.

“2021-ci ilin iyunundan yeni mexanizm tətbiq olunub. Hər bir daşıyıcı istədiyi qədər deyil, yalnız real tələbata uyğun olaraq icazə blankları ilə təmin olunur. 

Burada da əsas məqsəd beynəlxalq yük daşımaları bazarında iştirak edən daşıyıcıların maraqlarını qorumaqdır”, - deyə o əlavə edib.

Ətraflı süjeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top