“Nazir mənə töhmət versəydi, xəbərim olardı”


“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı. Bugünki məsələdə adı hallanan əməkdaşımız isə (şöbə müdiri Malik Əliyev – red.) 7-8 gündür ki, məzuniyyətdədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “REAL TV”nin efirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Həmin şöbə müdiri yanvarın əvvəlində əməliyyat keçirmişdi. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etmişdik ki, işə qayıtsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”, - deyə DANX-nin rəisi bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında 4 TIR sürücüsü DANX-yə etiraz olaraq Bakının Heydər Əliyev prospektini bağlayıb. Onlar səbəb kimi icazə vərəqələrinin verilməməsini göstərib, A. Rzayev və M. Əliyevi ittiham ediblər. Mətbuatda A. Rzayevə töhmət verilməsi, M.Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top