Zelenski Donbassa gedib


Ukrayna prezidenti Volodimir Zelenski qayıqla Azov dənizi üzərindən Donbassdakı hərbi əməliyyatlar zonasına yola düşüb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Zelenskinin instaqram səhifəsində məlumat dərc edilib.
Səhifədə eyni zamanda dənizdə üzərində Ukrayna bayrağı olan qayığın hərəkətini əks etdirən video da yayımlanıb.
Bundan başqa, prezidentin sosial şəbəkədəki səhifəsində onun sənədləri necə araşdırdığını göstərən “Döyüş patrulunun təşkili və dövlət sərhədinin mühafizəsi sistemi ilə tanışlıq” başlıqlı material da yerləşdirilib.
Onun yanında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da olub.
Qeyd edilir ki, bundan bir gün əvvəl Ukrayna lideri Donetsk vilayətinin Mariupol şəhərinə də işgüzar səfərə gedib.

DİGƏR XƏBƏRLƏR

Top