
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılması xəbərini təkzib edib.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir.
Qeyd edək ki, daha əvvəl "qaynarinfo" məlumat yaymış və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin təcili iclas keçirdiyini, hadisəyə görə Anar Rzayevə xəbərdarlıq edildiyini, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırdığını iddia etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz