Azərbaycanlı deputatlar İrəvana gedə bilər


Avronest Parlament Assambleyasının büro və komitə iclasları fevralın 21-22-də İrəvanda keçiriləcək.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşlərdə Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərinin və Avropa Parlamentinin deputatları iştirak edəcək.
Mətbuat orqanı bildirib ki, Azərbaycan, Gürcüstan və Ukrayna parlamentarilərinin də tədbirdə iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, fevralın 21 və 22-də İrəvanda Avronestin Siyasi Məsələlər, İnsan Haqları və Demokratiya, eləcə də Enerji Təhlükəsizliyi Komitələrinin iclası keçiriləcək. Erməni mətbuatında yayılan xəbərlərə görə iclasda Azərbaycan nümayəndə heyətinin iştirak ehtimalları yüksəkdir.
Qeyd edək ki, Avronest Parlament Assambleyası Avropa İttifaqı və onun Şərqi Avropa tərəfdaşları arasında Şərq Tərəfdaşlığının parlament təşkilatıdır. Assambleyanın təsis aktı 3 may 2011-ci ildə Brüsseldə imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top