Türkiyə zorla nişanlandırılan 16 yaşlı qızın qətlini danışır


Türkiyənin Giresun şəhərində 16 yaşlı Sıla Şentürk ailəsinin təkidilə zorla nişanlandığı Hüseyn Can Gökçek tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
Yeniavaz.com
“Habertürk”ə istinadən xəbər verir ki, hadisəyə səbəb qızın yaşadığı evdə onların mübahisə etməsi olub.
Mübahisə zamanı Gökçek yanında gətirdiyi bıçaqla nişanlısını qətlə yetirib.
Ətrafdakıların təşəbbüsü ilə hadisə yerinə polis və səhiyyə işçiləri gəlib.
Hüseyn Can Gökçek isə vilayəti tərk etmək üçün getdiyi Ordu-Giresun Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Yeniyetmənin zorla nişanlandırılması və qətlə yetirilməsi Türkiyədə bütün təbəqədən insanlar tərəfindən qınanılıb və ölkənin gündəminə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top