Deputat ölümlə hədələnir? - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə yaydığı videoya münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verərək bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.
Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq dinozavr ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”, - deyə o bildirib.
Sözügedən videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top