Tehranda partlayış - 9 nəfər ölüb


Ötən gecə qazdan istifadə ilə bağlı ehtiyatsızlıq Tehranda üçmərtəbəli binada partlayışa səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
İranın Tehran Əyalətinin Qızıl Aypara Cəmiyyətinin direktoru bildirib ki, ötən gün axşam saatlarında üçmərtəbəli binanın uçması xəbəri daxil olub. Qəza barədə məlumat verildikdən dərhal sonra hadisə yerinə xilasedici itlərdən ibarət dəstə ilə birlikdə 3 xilasetmə qrupu göndərilib.
Partlayış baş verən binada dağıntılar əmələ gəlib.

 

DİGƏR XƏBƏRLƏR

Top