Şahmat üzrə millimiz yenidən dünya çempionatında iştirak edəcək

 
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi İsraildə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Federasiyadan verilən məlumata görə, qitədə yüksək reytinqə malik yığma Fransa, Ukrayna, Polşa və Macarıstan milli komandaları ilə birgə təşkilatçıların dəvəti ilə yarışa qatılacaq.

Mundialda ümumilikdə 10 ölkə təmsil olunacaq. Dünyanın qitələr üzrə ən güclü yığmaları kimi ABŞ, Hindistan, Misir və Rusiya seçmələri yarışa dəvət olunub.

Qeyd edək ki, dünya çempionatı 7 - 14 apreldə təşkil olunacaq. İsrail millisi yarışa təşkilatçı ölkə kimi qoşulacaq.

DİGƏR XƏBƏRLƏR

Top