AZAL Ermənistana 32 min avro ödədi


Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadla məlumat yayıb.  

Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - deyə məlumatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top