Rusiyada məhkəmə Ermənistan vətəndaşının Azərbaycana deportasiyasına qərar verdi


Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan əsilli Ermənistan vətəndaşı Rusiyada inzibati xəta törədib, məhkəmə onun ölkədən çıxarılmasına qərar verib.
Məhkəmə qərarında səhv olaraq qeyd olunub ki, cinayəti törədən şəxs Azərbaycan vətəndaşıdır.
Ermənistan Baş Prokurorluğunun əməkdaşları rusiyalı həmkarları ilə əlaqə saxlayaraq məsələni onlara izah ediblər.
Rusiya prokurorluğunun müdaxiləsindən sonra məhkəmənin qərarı dəyişdirilib və Ermənistan vətəndaşı öz ölkəsinə qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top