Vüqar Qurbanov onu şöbə müdiri təyin etdi


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.
O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə 2005-ci ildə “525-ci qəzet”də başlayıb.
2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Səmərəli fəaliyyətinə görə dəfələrlə “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, 100-dən çox publisistik məqalənin müəllifidir.

DİGƏR XƏBƏRLƏR

Top