Ötən il qadınların törətdiyi qəzalarda neçə nəfər ölüb?


Baş Dövlət Yol Polisi İdarəsi qadın sürücülərlə bağlı statistikanı açıqlayıb,

Yeniavaz.com xəbər verir ki, açıqlanan məlumatda, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84 381 qadın sürücünün barəsində elektron qərar çıxarıldığı bildirilib:
“Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.Həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib.
Hər bir ailənin doğma üzvü, cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək belə olduqca ağrılıdır”.

DİGƏR XƏBƏRLƏR

Top