Gələn həftə Azərbaycan heyəti Ermənistana gedə bilər


“Fevralın 21 və 22-də İrəvanda keçiriləcək “Avronest”in Siyasi Məsələlər, İnsan Haqları və Demokratiya, eləcə də Enerji Təhlükəsizliyi Komitələrinin iclasında Azərbaycanın iştirakı bəlli deyil, lakin gəlmə ehtimalları yüksəkdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Joxovurd” qəzetinin sorğusuna cavab olaraq “Avronest”in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan deyib.
Bildirilir ki, iclas İrəvanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək.
Qəzetin Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin ayrıca nahar və ya şam edəcəklərinə dair sualına isə Karapetyan sərt reaksiya verib:
“Belə bir şey yoxdur”.
Qeyd edək ki, 14 fevralda Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri, Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan hər iki tərəfin hazırlayacağı layihə barədə məlumat verib. O bildirib ki, təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların nəticələri əsasında layihə hazırlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top