Gələn ay ardıcıl 8 gün iş olmayacaq


Növbəti ay Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq.
Yeniavaz.com
xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günüdür.
Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 20-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar gününə təsadüf etdiyindən ardıcıl 8 gün (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Qeyd edək ki, mart ayında şənbə və bazar günləri ilə birlikdə ümumilikdə 14 gün iş olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top