Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq


Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının yarışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top