Qanunsuz erməni silahlı dəstəsi təxribata əl atıb - RƏSMİ


"Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib".

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top