Nərminin atası: "Bu işdə onun bacıları və anasının əli var”


Azərbaycanda böyük rezonans doğuran “Nərmin işi” lə bağlı ciddi müzakirələr davam edir.
 İlkin Süleymanov cinayətkar qismində  həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.

Yeniavaz.com xəbər verir ki, iddialarla bağlı mərhumun atası Şərif Quliyev “sherg.az”a danışıb. O bildirib ki, yayılan bütün xəbərlər yalandır:

“Bütün iddiaları qarşı tərəf qaldırır. Hamısı onların günahıdır. İlkinin qardaşı Adil Süleymanov qardaşıma yaxınlaşıb deyib ki, gəlin, bu işi bir yerdə həll edək. Bunlar kimdir ki, iş həll etsin? Bu işi dövlət artıq həll edib.

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Prezident Administrasiyası – bu dörd qurum bu işlə məşğuldur. Onda bu qurumlar yalan danışır?! Yalan danışan, ictimaiyyəti aldadan qarşı tərəfdir. Müxtəlif  “YouTube” kanallarında çıxıb yalan danışırlar. Günahkar İlkindir və bu işdə onun bacıları və anasının əli var”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top