Baş pokurorluq bəraət alan bu şəxsin hökmündən protest verdi


Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verilib.

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Cəbərə görə, qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.

Xatırladaq ki, 2021-ci ilin yay aylarında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B saxlanılaraq istintaqa cəlb olunub.

Bərdə Rayon Məhkəməsinin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxsə qarşı ittihamın sübuta yetirilmədiyi səbəbi ilə ona bəraət verilib.

DİGƏR XƏBƏRLƏR

Top