“Edu Distance”ın təşkil etdiyi “Master Readers” olimpiadasının qalibləri təltif edilib - VİDEO


“Edu Distance” təhsil şirkətinin təşkilatçılığı, ASEG Beynəlxalq elmi təhsil sertifikatları proqramının tərəfdaşlığı ilə təşkil olunan “Master Readers” olimpiadasının təltifetmə mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, mərasimdə açılış nitqini “Edu Distance”ın icraçı direktoru Zaur Maarif edib.
Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, dil öyrənməkdə 4 istiqamət var: danışıq, yazma, oxuma və dinləmə. "Master Readers" olimpiadası da “reading”, yəni oxuma istiqaməti üzrə təşkil olunub. Olimpiadanın təşkil olunmasında məqsəd şagirdlərə beynəlxalq təcrübə qazandırmaq, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək, ingilis dilində analitik düşünmə qabiliyyətini formalaşdırmaq, söz ehtiyyatını zənginləşdirmək və bu kimi başqa vərdişlərə yiyələndirməkdir.
Bildirilib ki, olimpiada 2 mərhələdən ibarətdir: ölkə və final mərhələsi. Ölkə mərhələsində şagirdlərə kitablar təklif olunub. Kitabları oxuduqdan sonra olimpiada iştirakçıları onlar əsasında hazırlanmış imtahana daxil olublar. Mərasimdə həmin imtahanın nəticələri təqdim edilib. Final mərhələsi isə Avropada təşkil olunacaq. Şagirdlər burada həm Avropanı gəzəcəklər, həm də imtahanda iştirak edəcəklər.
Qeyd edilib ki, olimpiada 3 kateqoriya üzrə təşkil olunub: "Kids", "Juniors" və "Seniors" kateqoriyaları. Daha sonra hər kateqoriya üzrə qaliblər təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top