Rusiya Donetsk və Luqanskın müstəqilliyini tanımağa hazırlaşır?


Dövlət Dumasının iclasında səs çoxluğu ilə dəstəklənən qərara əsasən, Kommunist Partiyası Fraksiyasının Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı müraciət layihəsi dərhal Rusiya prezidenti Vladimir Putinə göndəriləcək.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu qərarın lehinə 351 deputat, əleyhinə 16 deputat səs verib, bir deputat isə bitərəf qalıb.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının suveren və müstəqil dövlətlər kimi tanınması məsələsinə baxılması üçün prezidentə müraciət göndəriləcək:
“Kiyev Minsk razılaşmalarına əməl etmir. Donbassda yaşayan vətəndaşlarımızın və soydaşlarımızın köməyə və dəstəyə ehtiyacı var”, - deyə spiker bildirib.

DİGƏR XƏBƏRLƏR

Top