Azərbaycan vətəndaşları Ermənistanda 6 daşınmaz əmlak alıb


“Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Kadastr Komitəsindən məlumat verilib.
“2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib”, - məlumatda bildirilib.
Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Digər mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Qeyd edilir ki, söhbət etnik milliyətcə azərbaycanlılardan yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığını haqqında məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top