Atanın qızını qətlə yetirməsi ilə bağlı açıqlama - YENİLƏNİB


Prokurorluq Sumqayıtda baş verən qətl barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqili ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
 

***14:00
Sumqayıtda qətl hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin "Tuqzavod" yaşayış massivində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top