Gülnarə Kərimovanın 131 milyon dolları ölkəsinə qaytarılır


“Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 131 milyon dollarlıq vəsaiti BMT-nin yaradılan çoxtərəfli trast fondu vasitəsilə İsveçrədən ölkəmizə qaytarılmağa hazırdır”.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2022-ci il fevralın 11-də İsveçrə və Özbəkistan danışıqların növbəti prosesini keçiriblər. Danışıqlar zamanı hər iki nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni, çoxtərəfli trast fondunun yaradılması barədə prinsipial razılığa gəliblər. Fond cinayət prosesində müsadirə edilmiş aktivlərin bərpasına yönəldiləcək. Hazırda təqribən 131 milyon ABŞ dolları geri qaytarılmağa hazırdır”, - məlumatda bildirilib.
Qeyd edək ki, G. Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə on il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il martın 18-də məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.

DİGƏR XƏBƏRLƏR

Top