
ABŞ Dövlət Departamenti amerikalıları dərhal Dnestryanı (Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət – red.) və Belarusu etməyə çağırıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Departamentin saytında məlumat yerləşdirilib.
“Qanunların özbaşına icra edilməsi, həbs riski, Belarusun Ukrayna ilə sərhədi boyunca toplaşan qeyri-adi və narahatedici Rusiya hərbi birləşmələri, COVID-19 və bununla əlaqədar giriş məhdudiyyətləri səbəbindən Belarusa daxil olmayın”, - məlumatda bildirilib.
Departament bundan əlavə koronavirus ətrafındakı vəziyyət, Rusiya-Ukrayna sərhədindəki vəziyyət və separatçı Dnestryanı bölgə ilə mərkəzi hakimiyyət orqanları arasında həll olunmamış münaqişə ilə əlaqədar Moldova ərazisinə daxil olmamağı da tövsiyə edib.
Tətbiqimizi yükləyə bilərsiniz