Peskov: “Vladimir Putin danışıqlara hazırdır”


Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik zəmanətləri mövzusunda danışıqlara hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN” telekanalına bildirib.
“Birincisi, prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Və əslində o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı oldu. Ukrayna Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin yalnız bir hissəsidir və əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”, - Peskov deyib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Peskov bu cür məlumatları gərginliyin əsassız artırılması adlandırıb və Rusiyanın heç kim üçün təhlükə olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top