Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - YENİLƏNİB


AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib. O, Eldar Əmirovun dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə saxlanıldığını bildirib: “Hazırda müvafiq araşdırmalar aparılır”.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

***08:40

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Qeyd edək ki, E.Əmirov AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur. 
O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

DİGƏR XƏBƏRLƏR

Top