Həbsxana rəhbərliyi Saakaşvili ilə bağlı qərar qəbul etdi


Rustavi həbsxanasının rəhbərliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ailə üzvlərinə ayda bir dəfədən artıq onunla görüşməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS”a Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib.
“Bilirsiniz ki, Saakaşvilinin telefondan istifadə etmək hüququ yoxdur. İndi məlum olub ki, ailə üzvləri onu ayda bir dəfədən çox ziyarət edə bilməyəcəklər. Əvvəllər ailəsini Saakaşvilinin ziyarətinə 3-4 dəfə buraxırdılar”, - deyə vəkil bildirib.
Qeyd edilib ki, vəkillər həbsxana rəhbərliyinin ziyarətləri məhdudlaşdırmaq qərarına etiraz etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top