UEFA azarkeşlərə pulsuz bilet ayıracaq


UEFA cari mövsüm avrokubokların finalına vəsiqə qazanmış komandaların azarkeşlərinə pulsuz biletlər ayıracaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama yayıb.

Sloveniyalı funksioner bildirib ki, Çempionlar Liqası üçün 10 min, Avropa Liqası üçün 8 min, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finalları üçün isə ayrı-ayrılıqda 6 min havayı bilet paylanacaq.

Çeferinin sözlərinə görə, bu, fanatların COVID-19 böhranı zamanı Avropa futboluna göstərdikləri dəstəyə görə təşəkkür xarakteri daşıyır. Finalçı klubların hər biri biletlərdən ən sadiq azarkeşlərini mükafatlandırmaq üçün istifadə edə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top