Ramiz Mehdiyev AMEA-dan belə yola salındı - YENİLƏNİB + VİDEO


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Yeniavaz.com xəbər verir ki, Baku TV Ramiz Mehdiyevin AMEA-dan yola salınmasını görüntüyə alıb. 

Həmin videonu təqdim edirik:

 


***18:43
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”.

Bu barədə Yeniavaz.com-a AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məlumat verib.

 

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.


***18:05
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya açıqlamasında  Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top